Gənclər Günü münasibətilə tədbir keçirilib
Fevralın 2-də məktəbdə Gənclər Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Yaşar Əliyev 1997-ci ildən respublikamızda keçirilən Gənclər gününün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlılığından, ölkə gənclərinə onun diqqət və qayğısından ətraflı danışdı. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva çıxış edərək, bu siyasi kursun bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirlərdən danışaraq nəticədə gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasından söhbət açdı. Şagirdlərdən X.Nuriyeva, G.Hacıyeva, X.Gülbalayeva çıxış edərək bu sahəyə dövlət başçısının diqqət və qayğısından, 2007-ci ilin “Gənclər ili” elan edilməsindən, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının qəbul olunmasından, 2011-ci ildə Gənclər Fondunun yaradılmasından ətraflı danışaraq prezident İlham Əliyevə gənclər adından dərin minnətdarlıqlarını bildirdilər.