“Ekologiya və Sağlamlıq” istiqamətində Ekoloji aylıq layihəsi
Məktəbdə BŞTİ-nin Ekologiya və sağlamlıq istiqamətində ekoloji aylıqlar layihəsinin həyata keçirilməsi məktəbin 12.01.2017-ci il tarixli 17 N-li əmri ilə rəsmləşdirilmişdir. Yanvar ayı “Ekologiya və İqtisadiyyat” mövzusunda müxtəlif məzmunlu tədbirlər keçirilmişdir. Belə ki, şagirdlərdə ekoloji tərbiyəni formalaşdırmaq, onlarda təbiətə maraq, istedadlı şagirdləri aşkar etmək məqəsdilə “Ekologiya-dedikdə nə düşünürəm?” mövzusunda inşa yazı və rəsm müsabiqəsi keçirilmiş, rəsm üzrə Va sinif şagirdi Həşimova Gülnisə, inşa yazı üzrə VII a sinif şagirdi İsmayılova Gövhər mükafatlandırılmışdır. 23.01.2017-ci il tarixdə məktəbdə “Ətraf mühitin iqtisadiyyata təsiri” mövzusunda “Dəyirmi masa” keçirilmişdir. Dəyirmi masada:- Ekoloji böhranın qarşısının alınması yolları,- Müasir dövrdə insanın təbiətə təsirinin artmasının,- Əmək ehtiyyatlarının məhdudlaşdırılması,- Bazar iqtisadi sistemi ilə inzibati amirlik sistemini müqayisəsi mövzuları ətrafında müzakirələr aparılmışıdır. Müzakirədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cavadova Balaxanım, coğrafiya- iqtisadiyyat müəllimi Adilova Afət, biologiya müəllimi Məhərrəmova Kəmalə iştirak etdi və şagirdlərdən VIIa sinif şagirdi Nəzrin Əhmədova,Xa sinif şagirdi İnci Rüstəmova ,IXa sinif şagirdi Məryəm Axundova mövzu ilə əlaqədar ətraflı çıxış edərək təbiətə məhəbbət və qayğı göstərilməsinin hər bir şəxs üçün vacibliyindən danışdılar.