20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

20 Yanvar faciəsinin 27-ci il dönümü ilə əlaqədar məktəbin akt zalında 17 yanvar 2017-ci il tarixdə tədbir keçirildi. Məktəbin direktoru Yaşar Əliyev çıxış edərək bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilmişdir. O, bu qanlı hadisənin səbəbkarları və məqsədləri barədə danışaraq, xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı, Ulu Öndərin hakimiyyətə gəldikdən sonra 20 Yanvar hadisələrinə tam siyasi- hüquqi qiymət verilməsini bildirdi. O, çıxışında Preziden İlham Əliyevin 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyaraq ölkəmizdə bu istiqamətdə böyük tədbirlərin həyata keçirilməsini diqqətə çatdırdı. IX sinif şagirdi Aytac Bağırova çıxış edərək 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi günü olmaqla , xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Tədbirdə şagirdlərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olundu.Faciəni əks etdirən video-çarx göstərildi. Tədbirlər planına uyğun olaraq məktəb foyesində 20 Yanvar faciəsini əks etdirən guşədə sinif divar qəzetləri, şagirdlərin rəsm işləri və inşa yazıları nümayiş etdirilir. Eyni zamanada 18-20 yanvar tarixlərində ayrı-ayrı sinif şagirdlərinin “Şəhidlər Xiyabanı” nı ziyarət etməsi planlaşdırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi