31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə tədbir keçirilmişdir.
30 dekabr 2016-cı il tarixdə məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə tədbir keçirildi.Məktəbin direktoru Y.Əliyev çıxış edərək bildirdi ki,1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ulu Öndərimiz Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyəti nəzərə alınaraq 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü kimi elan etdi.Hazırda dünyanın 70-dən çox ölkəsində bu bayram böyük ruh yüksəkliyi ilə qeyd olunur. Qədim tarixə malik xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik gününü uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə,mədəniyyətinə, tarixi soykökünə xas olan ən xoş anlar və duyğularla keçirilir.Bayram ildən ilə daha geniş vüsət taparaq,ürəklərdə vətən eşqi,milli və mənəvi birlik,həmrəylik hisləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. Biz də gənc nəsli bu ruhda tərbiyə edətrək böyütməyi özümüzə borc bilirik. Məktəbimizin müəllimlərindən Nəzakət Seyfəlova,Afət Adilova, Elmira Allahverdiyeva çıxışlarında bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli mənəvi birliyə çağırış günü ümumxalq mənafeyimizin həyata keçirilməsi naminə soydaşlarımız azərbaycançılıq ideyası əsasında sıx birləşməsinin əsası qoyulmuşdur.Biz müəllimlər də bu ideyaya sadiq qalaraq böyüməkdə olan gənc nəsli bu ruhda tərbiyə etməyi qarşımıza məqsəd qoymuşuq.Milli mənəvi birliyimiz ən böyük sərvətimizdir. Sonra ayrı-ayrı siniflərdə Yeni il şənlikləri davam etdirildi.