“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”
“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə əlaqədar məktəbin akt zalında tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Yaşar Əliyev “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nün yaranmasından, “Uşaq Hüquqları”ndan, Ermənistan respublikası tərəfindən azərbaycanlı uşaqların hüquqlarının pozulmasından sitat gətirərək ətraflı danışdı. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da 1 iyunun yüksək səviyyədə qeyd olunduğundan və Azərbaycanda “Uşaqların Hüquqları” və onların dövlət tərəfindən qayğı ilə əhatə olunmasından məktəbin ədəbiyyat müəllimi Nəzakət Seyfəlova ətraflı danışdı.Məktəb şagirdlərinin uşaqların hüquqlarının qorunması mövzusunda maraqlı sualları cavablandırıldı. Eyni zamanda mövzu ilə əlaqədar şagirdlər maraqlı təkliflərlə çıxış etdilər.