“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” nin final mərhələsi
Məktəbimizin şagirdlərinin fizika fənninə olan maraqlarını daha da artırmaq, onların bu sahədə olan bilik səviyyələrini yüksəlmək və istedadlı şagirdlərin aşkara çıxarılmasını təmin etmək məqsədi ilə 05.02.2016-cı il tarixdə məktəbin 8-10 –cu sinif şagirdləri arasında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” nin məktəb mərhələsi keçirildi.Bu mərhələdə məktəbin 8-ci sinif şagirdi Əsgərova Yeganə, 9-cu sinif şagirdi Rüstəmova İnci və 10 –cu sinif şagirdi İsmixanova Fidan yüksək nəticə göstərərək rayon mərhələsində iştirak etmək hüququ qazandılar. “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” nin ikinci mərhələsində -rayon məktəbləri arasında keçirilən müsabiqədə isə şagirdlərimiz I yerə laiq görülmüş və müsabiqənin üçüncü mərhələsində şəhər üzrə keçirilən müsabiqədə iştirak etmək hüququ qazanmışlar. Komandamız üçüncü mərhələdə də yüksək nəticə göstərmişlər.Müsabiqənin bütün mərhələlərində uğurlu nəticə qazanan komandamızı təmsil edən şagirdlərimiz Əsgərova Yeganə, Rüstəmova İnci, İsmixanova Fidan və komandanın hazırlanmasında yüksək fəallıq göstərmiş məktəbin fizika müəllimi İsmixanova Könül Teymur qızı xüsusi diploma laiq görülmüşlər.