Fənn olimpiadasının yarım final mərhələsi

          2019/2020-ci  tədris ili ərzində  fənn olimpiadasının yarım  final  mərhələsinə  qədər  IX sinif şagirdi Nihad Qurbanlı fizika fənni üzrə, XI sinif şagirdi  Gülsanə Novruzova ədəbiyyat fənni üzrə rayon turunun qalibi olmuş və  yarım final mərhələsinə  vəsiqə almışlar.

        Aşağıda adları çəkilən şagirdlər isə şeir, inşa yazı və rəsm müsabiqələrində iştirak etmiş və fəxri fərmana layiq görülmüşlər.

Ülviyyə Orucova X sinif şagirdi , Sevil Əsədzadə V sinif şagirdi — 9 noyabr “Azərbaycan Dövlət bayrağı günü” nə həsr olunmuş “ Mənim bayrağım!” mövzusunda rayon tam orta məktəb  şagirdləri arasında keçirilmiş şeir müsabiqəsində,  

       Zəhra  Hacıyeva  və Kübra  Musayeva  VIII sinif şagirdləri -12 noyabr “Konstitusiya günü” münasibəti ilə rayon orta ümumtəhsil məktəbləri arasında  “Mən konstitusiyanı öyrənirəm”  mövzusunda keçirilmiş bilik olimpiadasında fərqləndiyinə görə,

Ülviyyə Orucova, Sunay Məmmədova,  Rəvan Masanov, Məleykə İsmayılova, Xədicəxanım Hüseynova, Gülər Əliyeva “Azərbaycan Gəncləri narkotiklərə yox deyir” mövzusunda məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsində fərqləndiyinə görə təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi