Pedaqoji şura

Pedaqoji şura məktəbin ali orqanıdır. Hər tədris ili başlananda, rüblər başa çatdıqda və təhsildə olan ən yeni xəbərlərin müəllimlərə çatdırılması və həmin qərarların həyata keçirilməsi üçün qərarların verilməsi zərurəti yarandıqda keçirilir. Bu tədris ilinin birinci rübündən sonra keçirilən pedaqoji şurada qoyulan məsələlərlə yanaşı müəllimlərə tədris ili başlanandan həmin günə qədər hansı işlərin görüldüyü və nəticələri haqqında yığılan slaydlar nümayiş etdirildi, keçirilən dərslər, tədbirlər haqqında məktəbin direktoru R.Ə.Naibova ətraflı məlumat verdi. Təhsildə edilən yeniliklərdən danışdı.