Ölkəmizi tanıyaq

ir neçə ildir ki, məktəblilər arasında “Ölkəmizi tanıyaq” adlı maarifləndirici tur aksiyası keçirilir. Məktəbimizin şagirdləri bu aksiyada çox uğurla iştirak edirlər. Bu tədris ilinin əvvəlində də belə bir tur təşkil edildi və 2 (iki) nəfər şagirdimiz həmin turda iştirak etdi. Səyahətin əsas səbəbi ölkəmizin digər bölgələri, oranın tarixi, abidələri, yeni quruculuq işləri, görməli yerləri ilə tanış olmaq idi. Gəncə, Göygöl, Şəmkir istiqamətində təyinat götürən ekskursiya Gəncənin tarixi yerlərini, Gəncə qapısını, Nizami türbəsini, İmamzadə məscidini, Mirzə Şəfi Vazeh muzeyini, Tarix diyarşünaslıq muzeyi və digər tarixi məkanlarla gəzib tanış oldular. Sonra bu “Xəzinə” adlandırılan məkandan Göygölə yola düşüb oranın necə yaranması, füsunkar təbiəti ilə tanış oldular. Göygöl rayon İcra Hakimiyyətində şagirdlərə verilən məlumatlardan sonra tur Şəmkir rayonuna səyahət etdi. Digər görkəmli yerlərlə yanaşı şagirdlər Heydər Əliyev mərkəzində oldular və ulu öndərin həyat yolu ilə bir daha tanış oldular.
Belə turları təşkil edən təşkilatlarımıza minnnətdarıq.