Məktəbdə monitorinq imtahanları keçirildi

Azərbaycan Respublikasının Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 11-ci sinif şagirdləri üçün aprel ayının 13, 14, 15-i monitorinq imtahanları keçirməsini nəzərdə tutmuşdur.Nəzərdə tutulan imtahanlar Bakı şəhəri 35 №-li tam orta məktəbdə də keçirildi. İmtahanlar ana dili, riyaziyyat və fizika fənlərindən 13, 14, 15 aprel 2016-cı il tarixində keçirildi. Məktəb şagirdləri həmin imtahanlarda böyük həvəslə iştirak etdilər.Monitorinq imtahanları üçün məktəbdə müəyyən hazırlıq işləri görülmüşdür. Görülən işlər TQDK-nın nümayəndələri tərəfindən yüksək qiymətləndirildi.İmtahan zamanı heç bir pozuntu halına yol verilmədi.