Mənəvi dəyərlərimiz

   Hər bir xalqın öz mənəvi dəyərləri var. Bu dəyərləri qorumaq yaşatmaq hər bir ölkə vətəndaşının ən ümdə borcudur. Bu dəyərlərə aid olan rəmzlərimiz, abidələrimiz tariximizin yaddaşında pozulmaz xətlə yazılan yazıdır.

   Məktəbimizdə şagirdlərə çox diqqətlə tədris edilən onların gələcəkdə bu dəyərləri öz həyat amalına çevirmələri üçün müxtəlif dərslər və tədbirlər keçirilir. Belə tədbirlərdən biri də 4a sinfində “İtə ataram, yada satmaram” əsəri üzərində səhnələşdirilən, şagirdlərimizin iştirakı ilə təqdim olunan səhnəcik oldu. Şagirdlər bu əsərdəki əsl fikri çox diqqətlə tamaşa edənlərə çatdırdılar. Sona xalanın min bir arzu ilə toxuduğu xalçanı böyük maddi dəyər, qızıl, pul versələr də ingilisə satmaması, “İtə ataram, yada satmaram” deyərək geri götürməsi şagirdlərimiz tərəfindən çox böyük qürur hissi ilə ifadə olundu. Tədbirin sonunda məktəbin direktoru R.Ə.Naibova şagirdlərimizə dəyərlərimizin tarixi onların bu dəyərləri qorumaq üçün necə çalışmaları yollarından danışdı və onlara təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi