14 aprel Mülki Müdafiə günüdür.

Bakı şəhəri 35№-li tam orta məktəbdə məktəbin illik iş planına uyğun olaraq 14 aprel 2016-cı ildə məktəbdə “Mülki Müdafiə günü” keçirildi. Mülki Müdafiə günü ilə bağlı səhər saat 800-da Mülki Müdafiə gününün təntənəli açılışı oldu. Tədbirdə şagird və müəllimlərlə yanaşı məktəbin direktoru Mülki Müdafiə rəisi Rəna Naibova, MMQ rəisi Azad Sofuyev, MM qüvvələrinin komandir-rəis heyəti iştirak etdilər. Məktəbin direktoru şagirdlər qarşısında çıxış etdi. Bundan sonra hərbi rəhbər “Mülki Müdafiə günü” ilə əlaqəli şagirdlərə geniş məlumat verdi. Təntənəli açılışdan sonra məktəbin foyesində təşkil edilmiş sərgi ilə tanışlıq keçirildi. Yuxarı sinif şagirdləri fövqəladə hallar zamanı istifadə olunan əleyhiqazların geyilmə qaydalarını nümayiş etdirdilər. Bundan sonra hər hansı fövqəladə hal baş verərsə necə tibbi yardım göstəriləcəyi haqqında tibbi sanitariya qrupunun rəhbəri məlumat verdi və əyani olaraq tibbi yardım nümayiş etdirildi. Məktəbin yanğınsöndürmə dəstəsi yanğın zamanı yanğının söndürülməsini nümayiş etdirdilər. Sonda məktəbin akt zalında 2, 5, 6-cı sinif şagirdlərinə Mülki Müdafiə gününə həsr olunmuş film nümayiş etdirildi. Həmin filmdə fövqəladə hallar zamanı Respublikanın Fövqəladə Hallar Nazirliyinin göstərdiyi ilk yardımlar şagirdlərin diqqətinə çatdırıldı.