Şahmat yarışı

Təhsil Nazirliyinin ümumtəhsil məktəblərində Şahmat fənninin tədrisinin davam etdirilməsi haqqında 03 iyul 2012-ci il tarixli 1258 №-li əmri ilə pilot təhsil məktəblərində 2,3,4-cü siniflərdə Şahmat fənni tədris edilir. Bakı şəhəri 35 №-li tam orta məktəbi də həmin məktəblər sırasına daxildir ki, 2,3,4-cü siniflərdə “Şahmat” fənni tədris edilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında respublika Şahmat festivalı keçiriləcək. Bununla bağlı 35 №-li tam orta məktəbdə bir sıra hazırlıq işləri görülərək, 2,3,4-cü siniflər arasında Şahmat festivalına hazırlıq məqsədi ilə məktəbin şahmat müəllimi A.Rzayevin rəhbərliyi ilə 14 aprel 2016-cı ildə festivalın məktəb turu keçirildi. Tədbirdə məktəbin direktoru, direktor müavinləri və digər müəllimlər də iştirak etdilər. Keçirilən tədbirdə 2 nəfər 2-ci, 2 nəfər 3-cü, 2 nəfər 4-cü sinif şagirdləri qalib seçilərək “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında keçiriləcək respublika şahmat festivalında iştirak etmək hüququ qazandılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi