Uşaq hüquqları aylığı

  Uşaqlar bəşəriyyətin gələcəyi, dünyanın qurucuları. Dünya hər bir yeniliyi onların gözü ilə görür, təhsil almaları, sağlam yaşamaları üçün çalışır.

   Ambusman Elmira Süleymanovanın başçılığı ilə yaradılan “Uşaq hüquqları aylığı” məktəbimizdə Kiçik Akademiyanın rəhbəri, UBR Teyhanə  Məhərrəmovanın təşkilatçılığı ilə yüksək təntənə ilə qeyd edildi. Uşaqlara aid guşə yaradıldı. Dünya uşaqlarının əl- ələ tutuşduğu lövhə və uşaqların əl işlərindən ibarət tablolar həmin guşədə yerləşdirildi.

    Uşaqlar üçün onların arzu və istəklərini biləcəkləri qutu qoyuldu. Həmin qutuya yazıb atdıqları arzular aylığın sonunda açılaraq oxund.

    Aylığın son günündə sehrlənmiş kimi bəzədilən foyedə onlar üçün tədbir təşkil edildi. Həmin tədbirdə şagirdlərimiz oxudular, rəqs etdilər, öz arzularını nümayiş etdirdilər.

    Tədbirin sonunda məktəbin direktoru R.Ə.Naibova şagirdləri bir daha təbrik etdi və onlara səmimi arzularını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi