Şagirdlərimiz Memorial Soyqırım Muzeyini ziyarət ediblər

Bakı şəhəri 35 N-li tam orta məktəbin 8, 9, 10-cu sinif şagirdləri məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Vəliyeva ilə birlikdə 13.04.2016-cı il tarixində Azərbaycan Respublikası Hərbi Prokurorluğu nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyində oldular. Məktəb şagirdlərinə muzeyin əməkdaşları bir sıra maraqlı məlumatlar verdi. Şagirdlərə çatdırıldı ki, muzeyin fondunda istintaq materialları , şəxsi əşyalar, arxiv materialları qorunub saxlanılır. Muzeydə şagirdlərə Azərbaycan tarixi, represiya illəri, Xocalı soyqırımı, Qarabağ müharibəsinə dair istintaq materialları, audio-video materiallar nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi