Uşaq hüquqlarının pilləli tədrisi

Bakı şəhəri 35№-li tam orta məktəbdə Azərbaycan Respublikası Ombudsman aparatının əməkdaşları ilə birlikdə növbəti tədbir keçirilmişdir. “Uşaq hüquqlarını qoruyan hökumət və QHT-lər mövzusunda keçirilən tədbir bu silsilədən sonuncusu idi. Mərhələli şəkildə həyata keçirilən tədbirdə əsas məqsəd şagirdlərin Uşaq hüquqları haqqında daha çox məlumat əldə etməsi və gələcəkdə həm özünün, həmdə digər həmyaşıdlarının hüquqlarını qoruya bilməsi idi. “Uşaq hüquqlarının pilləli tədris proqramının son mərhələsinin yekununda fəal şagirdlərə sertifikatlar təqdim edildi.