Şəhidlər ölməz vətən bölünməz!

Bu gün 12 aprel 2016-cı il tarixdə Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şəhid olmuş qəhrəman əsgərlərimizin xatirəsinə 35№-li tam orta məktəbdə “Şəhidlər ölməz Vətən bölünməz” başlığı altında yad edildi. Tədbiri məktəbin ingilis dili müəllimi xarici dil metodbirləşmə sədri Sədaqət Məmmədova və məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Vəliyeva təşkil etmişdi. Tədbir Şəhidləri qürurla anaraq Himnimizin canlı oxuması ilə başladı. Tədbirdə iştirak edən şagirdlər vətənpərvərlik ruhunda şerlər dedilər. Daha sonra igid əsgərlərimizin qəhrəmanlarını nümayiş etdirən videolentlər göstərildi. Azərbaycanın müstəqilliyə qədər və müstəqillikdən sonra mövcud olan ordu gücü slaydlarla nümayiş etdirildi. Tədbirdə məktəbin rəhbərliyi, müəllim kollektivi, şagirdlər, ADU-nun rektoru professor Dünyamin Yunusov ,tədris işləri üzrə Departamentin rəhbəri Şəfəq xanım, Leksikologiya Kafedrasının dosenti A.Cəfərov, baş müəllim M.Hacızadə, təcrübəçi tələbələr iştirak edirdi. Yuxarı sinif şagirdlərinin Vətənə çağırışı xüsusi diqqəti cəlb etdi. Tədbirin sonunda ADU-nun rektoru D.Yunusov tədbirlə bağlı öz fikirlərini dedi və tədbirin keçirilməsi üçün yüksək şərait yaratdığına görə məktəb kollektivinə təşəkkür etdi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev tədbir iştirakçılarına, zəhməti olan hər bir kəsə öz minnətdarlığını bildirdi.