DÖVLƏT BAYRAĞI GÜNÜ

         Bayraq hər bir xalqın and yeri, vüqarlı insanların belə qarşısında diz çöküb, baş əydiyi, digər ölkələrin bayraqları arasında dalğalanarkən qürur duyduğu dövlət rəmzidir.

Hər ilin noyabr ayında ehtiramla qeyd olunan  “Bayraq günü” bu ildə məktəbimizdə yüksək təntənə ilə qeyd edilir. Məktəbin “Kiçik Akademiya”sının rəhbəri

T. Məhərrəmovanın təşkilatçılığı ilə təşkil olunan bu bayram tədbiri ulu öndərimizin sözləri ilə açıldı. Şagirdlərimiz şerlər söylədilər, təqdimatlar etdilər, musiqi sədaları altında mahnı və rəqs nümunələri ilə fikirlərini iştirakçılara çatdırdılar. Tədbiri digər nümunələrlə yanaşı şagirdlərin əl işləri sərgisi, çəkmiş olduqları bayraq şəkilləri bəzədi. Tədbirin sonunda məktəbin direktoru R.Ə.Naibova şagirdlərimizə bayrağın müqəddəsliyindən, onu necə sevməyin, qorumağın mümkünlüyündən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi