Bayraq “Qürur mənbəyimizdir”

08.11.2019-cu il tarixində 35№li tam orta məktəbin 3b sinfində Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi. Sinif rəhbəri Gülyaz Xudiyeva Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlaliyyətinin və müstəqilliyinin müqəddəs rəmzlərindən olan bayrağımızın tarixi haqqında ətraflı məlumat verdi. Tədbir zamanı şagirdlər bayraq gününə həsr olunmuş əl işlərini nümayiş etdirdilər. Onlar, Azərbaycan bayrağına olan sevgi və hörməti şeir, mahnı və rəqs kompazisiyaları ilə çatdırdılar. Tədbir şagirdlərin ifasında Azərbaycan mahnısı ilə başa çatdı.