Sən öz hüququnu bilirsənmi ?

  Uşaq hüquqları aylığı məktəbimizdə bir neçə gündür davam edir. Kiçik Akademiyanın rəhbəri Teyhanə Məhərrəmovanın təşkilatçılığı ilə məktəbin foyesində guşə yaradılıb, rəsm sərgisi təşkil edilib. Şagirdlər öz hüquqlarına uyğun istəklərini yazıb guşədə qoyulmuş qutunun içərisinə atırlar.

  Bu münasibətlə keçirilən tədbirlər davam etdirilir. Təşkil olunmuş “dəyirmi masa” da məktəbin doqquzuncu sinif şagirdi Rasulova Könül məktəbin 5-6-cı sinif şagirdlərinə onların hüquqlarının qorunması üçün görülən işlərdən danışmış, şagirdlərin verdikləri sualları cavablandırmışdır.

  Dəyirmi masada məktəbin direktoru R.Ə.Naibova, təlim-tərbiyə işlər üzrə direktor müavini A. Sofuyev, digər müəllimlərimiz və məktəbin həkimi iştirak etmişlər. Məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini şagirdlərin onlara verdikləri sualları uşaqların anlayacaqları tərzdə cavablandırmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi