Monitorinq imtahanı

Azərbaycan Respublikasının Prezidentinin 16 yanvar 2013-cü il tarixli, 804 nömrəli Fərmanına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 7,8 və 11-ci sinif şagirdləri üçün monitorinq imtahanlarının keçirilməsini nəzərdə tutmuşdur. Monitorinq imtahanları Bakı şəhərindəki ümümtəhsil məktəblərində ana dili, riyaziyyat və fizika fənlərindən 07 apreldən 15 aprel tarixindən keçiriləcək. Tərtib olunmuş qrafik üzrə 07 aprel 2016-cı il tarixdə Bakı şəhəri 35№-li tam orta məktəbdə TQDK monitorinq imtahanı keçirdi. İmtahan 7-ci siniflərdə saat 1000 –da, 8-ci siniflərdə isə 1300-da aparıldı. Monitorinq imtahanına hazırlıq yüksək səviyyədə təşkil olunmuşdu. İmtahan otaqları hazırlanmış, növbətçi və nəzarətçi müəllimlər təyin olunmuşdu. Görülmüş hazırlıq işləri TQDK nümayəndəsi Muxtarova Şəkər xanım tərəfindən yüksək qiymətləndirildi. İmtahanın aparılması yüksək səviyyədə keçdi,heç bir pozuntu halına yol verilmədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi