Beynəlxalq kitabxana günü

Kitabın insan həyatında tutduğu yer, qazandığı önəmin heç nə ilə əvəz edilə bilməməsi bütün bəşəriyyətə məlumdur. Kitabı oxumaq, oxuduğunu dərk etmək, ondan nəticə çıxara bilmək oxucu kütləsinə vacibdir.
Məktəbimizdə təşkil olunmuş kiçik akademiyanın rəhbəri T.Məhərrəmova, tərbiyə işləri üzrə direktor müavini A.Vəliyeva, ədəbiyyat müəllimi Z.Rəhimbəyli və kitabxana müdiri M.Qasımova təşkilatçılıqları ilə kitab sərgisi təşkil edildi. Sərgiyə məktəbin direktoru R.Ə.Naibova, digər müəllimlər və şagirdlərimiz tərəfindən baxış keçirildi. Kitab sevən şagirdlərimiz oxuduqları əsərlərdən maraqlı nümunələr danışdılar, söylədilər. Təşkil olunmuş sərgidə nümayiş etdirilən kitablar oxumaq üçün şagirdlərə verildi.