S.S.Axundov gənclərin sevimli yazıçısıdır
S.S.Axundov gənclərin sevimli yazıçısıdır.2015-ci il 20 fevral tarixində Bakı şəhəri 35 №-li tam orta məktəbin VIIb sinif şagirdlərinin iştirakı ilə kitabxananın oxu zalında tədbir keçirildi.Kitabxana müdiri Qasımova Mənsurə iştirakçıları salamladı,tədbirin keçirilməsi məqsədi haqqında danışdı.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kərimova Şirin çıxış edərək aşağıdakıları söylədi:-Əziz şagirdlər,hörmətli iştirakçılar,mən hər şeydən əvvəl,Azərbaycan kimi müstəqil,azad,çiçəklənən bir dövlətdə yaşadığımız,bu ölkənin vətəndaşı olduğumuz üçün çox xoşbəxtik.Bu dövlət hər bir yeniyetmənin böyüyüb boya-başa çatması,oxuyub təhsil alması üçün çalışır.Hər cür avadanlıqlarla,texniki cihazlarla,yaraşıqlı məkləb binaları,dərsliklərlə-məktəb ləvazimatları ilə təmin edilməsi bunun bariz nümunəsidir.Təhsil sahəsində çalışan mütəxəssislər gənclərin mükəmməl savad alması üçün yeni metod və vasitələrə əl atır.Etiraf etmək lazımdır ki,bu gün texnikanın inkişafı,internetin geniş yayılması yeniyetmələri,ümumilikdə götürsək,gənclərimizi mütaliədən uzaqlaşdırıb.Əslində mütaliə insanların dünyagörüşünü genişləndirir,hər şeydən əvvəl,nitqini səlistləşdirir,fikrini aydın ifadə etməyə kömək edir.Bu məqsədlə də məktəblərdə,xüsusən də ,ədəbiyyat dərslərində mütaliəyə geniş yer vermək,şagirdlərin daha çox bədii əsərlər oxumasına çalışmaq lazımdır.Məktəblərdə “oxu dərnəktərinin” oxu klublarının yaradılması bu günün vacib şərtlərindəndir ki,dövlətimiz də bu işlərin icra edilməsinə diqqət yetirir.Mən dərs dediyim VIIbsinfində sinifdənxaric oxu materillarını diqqətlə seçir,proqramda olan mövzulara uyğun olmasına çalışıram.Sözsüz ki,yaş həddini də nəzərə alıram.Bu gün biz buraya S.S. Axundovun yaradıcılığından nümunələrin müzakirəsi üçün toplaşmışıq.Məlumdur ki,S.S.Axundov 1885-1894-cü illər arasında Qori müəllimlər seminariyasında təhsil almış,ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş,yazıçı,jurnalist,dərslik(İkinci il) müəllifi olmuşdur.Məhz bu səbəbdən o uşaq psixologiyasını,dünyagörüşünü yaxşı bilmiş,onların sevə biləcəyi,tərbiyə ala biləcəyi mövzularda əsərlər yazmış və bu səbəbdən də sevilmişdir. Çıxışlar : I Şagirdlərdən İsmayılzadə Əfruz S.S.Axundovun həyat və yaradıcılığı haqqında məlumat verdi.Onun təqdimatı yazılı formada qeydə alınır.II.M.Aytac S.S.Axundovun uşaqlar üçün yazdığı “Qorxulu nağıllar” başlığı altında yazdığı “Əhməd və Məleykə”,”Abbas və Zeynəb”,”Nurəddin”,”Qaraca qız”,”Əşrəf” hekayələri ilə Azərbaycan uşaq ədəbiyyatına forma,məzmun ,üslub yenilikləri gətirdiyini söylədi və “Nurəddin”hekayəsinin qısa məzmununu danışdı.III.Qarayev Emin “Tutu quşu” hekayəsində müəllifin çox aktual bir məsələyə toxunduğunu,təqlidçiləri,ana dilinə xor baxanları Tutu quşunun simasında ifşa etdiyini,mövzunun bu günümüzlə səsləşdiyini əsaslandırdı.IV.Məmmədli Sahilə Axundovun dramaturji yaradıçılığından danışdı.”Dibdat bəy”,”Türk birliyi”,”Laçın yuvası”,”Qaranlıqdan işığa”,”Şahsənəm və Gülpəri”,”Səadət zəhmətdədir”,”Eşq və intiqam” və başqa pyeslərinin adını çəkdi.Şagirdlərdən Y.Nihad,Ülvi,Q.Gülnar çıxış edərək S.S.Axundovun əsərlərini sevərək oxuduqlarını bildirdilər. Bizim dövlətimizdə uşaqların hüquqları gözlənilir,onlar bir fərd,bir şəxsiyyət kimi tərbiyələndirilir və böyüdülür.Onlar pulsuz kitablarla,digər məktəb ləvazimatları ilə təchiz edilir,məktəbin bütün imkanlarından istifadə edə bilirlər.Kitabxanada onlar üçün nümunəvi şərait yaradılıb,istədikləri vaxt onlara və valideynlərinə uşaqların hüquqları haqqında məlumat verilir,valideynlər maarifləndirilir.Dövlətimiz uşaqlar üçün tibb sahəsində,idman və digər sahələrdə yüksək səviyyəli şərait yaradıb,əlil və xəstə uşaqlar üçün sanatoriyalar,tibb ocaqları təşkil edib,onlar orada qayğı ilə əhatə edilərək pulsuz müalicələr alırlar.Bir sözlə,uşaqlar bizim gələcəyimizdir.Onlara qayğı göstərmək bizim borcumuzdur