31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı Bakı şəhəri 35 №-li tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanmışdı. Tədbirin aparıcısı məktəbin tarix müəllimi Ə.Bədəlova 31 mart soyqırım günü haqqında geniş məlumat verdi. Aparıcının çıxışı bu mövzuda əldə edilmiş tarixi materiallarla müşayət olunurdu. Bəhs olunan bu dövrə aid materiallar tədbir iştirakçılarına həmin dövrün ictimai- siyasi vəziyyətini daha dərindən başa düşməyə kömək edirdi.Tədbirdə iştirak edən məktəb şagirdləri 31 mart soyqırımı haqqında öyrəndikləri məlumatları açıqladı, eyni zamanda onları maraqlandıran suallara tədbir iştirakçılarından cavab istədilər. Tədbirin gedişində şagirdlər tərəfindən yaradılmış ədəbi- bədii kompozisiya hamının marağına səbəb oldu. Tədbirin sonunda çıxış edən məktəbin direktoru R.Ə.Naibova 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olan bu tədbirin mühüm əhəmiyyət daşıdığını qeyd etdi.