Tariximiz unudulmur

Bakı şəhəri 35№-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vəliyeva Aygün, məktəbin xarici dil fənn metodbirləşmə rəhbəri Məmmədova Sədaqət müəllimə, 31mart “Tariximiz unudulmur” başlığı altında dəyirmi masa keçirdilər. Tədbirdə iştirakçı kimi 7b sinif şagirdləri, ADU-nun təcrübəçi tələbələri tədbirin mövzusu ilə bağlı çıxışlar etdilər. Çıxışlar həm Azərbaycan, həm İngilis dilində səsləndirildi. 31 mart soyqırımı ilə bağlı slaydlar göstərildi. Slaydlar və videolar tədbir boyu öz əksini tapdı. Tədbirdə məktəbin tədris işləri üzrə direktor müavini Azad Sofuyev, məktəbin ingilis dili müəllimi Rəsmiyyə Mehdiyeva, Leksikologiya kafedrasının b/m Mehriban Hacızadə iştirak etdilər. Tədbirdə ADU-nun “Poliqlot” qəzetinin müxbir üzvü Könül xanım iştirak etdi, tələbə və şagirdlərin çıxışlarından foto və videolar çəkdi. A.Sofuyev tədbirlə bağlı öz fikirlərini söylədi. S.Məmmədova tədbirin keçirilməsində yaradılan şəraitə görə məktəbin direktoru Rəna xanım Naibovaya öz təşəkkürünü bildirdi.