Sülh günü

Məktəbimizdə 21 sentyabr “Sülh günü” münasibəti ilə VIa sinfininşagirdləri, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zivər Rəhimbəylinin təşkilatçılığı ilə körpə qəlbinin səsini əks etdirən tədbir keçirdilər.Tədbirdə şagirdlərin sülhə aid oxuduğu şeirlər, söylədikləri mahnılar, ağ şarlardan düzəltdikləri səma və ağ göyərçinlər, sülhə aid hazırladıqları təqdimatlar dinləyənlərin ruhunu oxşadı.