Mənim ağ göyərçinim.

Məktəbimizdə sülh günü münüsibəti ilə 5№li Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllim və şagirdləri ilə birlikdə tədbir təşkil edildi. Tədbirdə xalqımızın sülh, əminamanlıq, müharibəsiz həyat tərəfdarı olduğundan, sülhün dəyərindən, Azərbaycan Respublikası Prezidentinin sülh siyasətindən danışıldı. Şagirdlərimiz şeirlər söylədilər, musiqi, rəqs nümunələri ilə çıxış etdilər. Möhkəm əməkdaşlıq üzərində qurulan bu tədbirdə ağ göyərçin maketlərini əllərində tutaraq rəqs edən göyərçin qanadlı şagirdlərimizin istək və arzuları gözlər önündə sərgiləndi. Tədbirdə hər iki həm Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor və müəllimləri, həm də məktəbimizin direktoru R.Ə.Naibova və Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Ə.Rövşən müəllim də yaxından iştirak etdi və ürək sözlərini çatdırdı.