İlk zəng

Sədaları ürəkləri riqqətə gətirən ilk məktəb zəngi. Bu zəngin sədaları altında məktəbə daxil olmaq, oxuyub həyatını qura bilməyin hər bir insan üçün vacib olduğunu hamımız bilirik.
Hər il olduğu kimi bu tədris ilinin birinci günündə məktəbimizdə “ilk zəng” tədbiri keçirildi. Tədbirdə müəllim, şagird və valideynlərimizlə yanaşı Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak etdi. Məktəbin direktoru R.Ə.Naibova dərs ilinin başlanması münasibəti ilə şagird, müəllim və valideynlərimizi təbrik etdi, keçən tədris ilində məktəbimizin qazandığı uğurlardan danışdı. Təhsil Nazirliyinin təşkil etdiyi təhsil layihələrində məktəbimizin ingilis dili müəllimi P. Talıbovanın qazandığı uğurlar haqqında məlumat verdi. Şagirdlərimiz şeirlər söylədilər, rəqs etdilər. Tədbirin sonunda İcra Hakimiyyətinin nümayəndəsi Ismayilova Vəfa çıxış edərək məktəbimizə uğurlar arzuladı. İlk zəng sədaları altında şagirdlərimiz məktəbə daxil oldular.