Pedaqoji şura
Pedaqoji şura məktəbin ali orqanıdır. Hər tədris ilinin əvvəlində, rüblər arası və digər önəmli işlər üçün çağırılır ki, hər bir müəllim öz fikrini bildirə bilsin. Bu tədris ilinin əvvəlində də məktəbin pedaqoji şurasının iclası keçirildi .Məktəbin direktoru R.Ə.Naibova müəllim kollektivini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi və keçən tədris ilində qazanılan uğurlardan və buraxılan çatışmazlıqdan danışdı. Lazımi məsələlər müzakirə edildi, müəllimələrə və metodbirləşmə rəhbərlərinə müəyyən məsələlər və tapşırıqlar verildi. Təhsilin kefiyyətinin yüksəldilməsi və məktəbin uğur qazanması üçün lazımi fikirlər irəli sürüldü.