Gənc bioloqlar

Bakı şəhər məktəbliləri arasında “Gənc bioloqların yaradıcılıq müsabiqəsi"nin keçirilməsi barədə əsasnaməsinə uyğun olaraq, Nəsimi rayonu 35 №-li tam orta məktəbdə 30 mart 2016-cı il tarixdə “Gənc bioloqların yaradıcılıq müsabiqəsi” keçirildi. Müsabiqə şagirdlərin biologiya fənninə olan marağının artırılması, onların bilik səviyyələrin yüksəldilməsi məqsədi ilə aparıldı. Müsabiqədə “Nərgiz”, “Lalə” və “ Süsən” komandaları yarışdı. Hər komanda da 3 şagird iştirak edirdi. Komandalara 3 mərhələ təqdim olunmuşdur. 1-ci mərhələ - İnsan orqanizminin hiss orqanları, 2-ci mərhələ - 30 test sualı və 5 məsələ, 3-cü mərhələdə “Bitkilərdə üzvü maddələrin təyin edilməsi” təcrübə işi kimi tapşırıqlar verildi. I yeri “ Nərgiz”, II yeri “Lalə” , III yeri “Süsən” komandaları tutdu.Müsabiqədə məktəbin direktoru R.Ə.Naibova, təlim-tərbiyə işləri üzrə direktor müavini A.K.Sofuyev, məktəbin biologiya müəllimləri və digər qonaqlar iştirak etdilər.