4c sinif şagirdlərinin xalça muzeyinə ekskursiyası

Məktəblilərin tarixi abidələrə ekskursiya ənənəsini bu dəfə 4c sinif şagirdləri davam etdirdi. Yaz tətili günlərində sinif müəllimi Yasəmən Bayramovanın təşkilatçılığı ilə 4c sinif şagirdləri şəhərimizdə yerləşən ölkə prezidenti İlham Heydər oğlu Əliyevin sərəncamı və xüsusi nəzarəti ilə tikilən yeni, müasir tələblərə uyğun, zəngin eksponatlara malik olan xalça muzeyinə səyahət etdilər. Ekskursiya çox maraqlı oldu. Bələdçi orada nümayiş olunan hər bir nümunənin yaranma tarixindən danışdı. Şagirdləri maraqlandıran suallara cavab verdi. Şagirdlər burada onlar üçün yeni olan əşyalarla – xana ilə, əriş ilə, cəhrə ilə, yun darağ ilə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi