Doğma Bakımıza bir günlük səyahət

Doğma Bakımıza 1 günlük səyahət çox maraqlı və faydalı oldu. Məktıbin xarici dil fənn metodbirləşmə rəhbəri fənn aylığında nəzərdə tutulan ekskursiyaları nəzərə alaraq, məktəbin 7 və 9-cu sinif şagirdləri ilə gəzintini "Təsviri rəsm qalereyasın " dan başladı. Qalereyada müxtəlif məktəb şagirdlərinin rəsm nümunələri var idi. Qalereyanın fond rəhbəri Ozal Qasımzadə sərgidə olan rəsm növləri haqqında, boyaların müxtəlifliyi , rəng çalarları haqqında məlumat verdi.Qalereyada əlil, görmə və eşitmə qabiliyyəti zəif olan uşaqların çəkdiyi şəkillər məktəblilərin diqqətini cəlb etdi.Şagirdlərin istəyi ilə səyahət teatrlarla davam etdi. R.Behbudov adına "Mahnı teatrında "oldular. Təmir işləri olduğu üçun R.Behbudovun muzeyi bağlı idi. Teatrın zalı ilə şagirdlər tanış oldu və teatrın direktor müavini teatr haqqında məlumat verdi.Əvvəlki siniflərdən məlum olan teatr haqqında olan bilikləri , şagirdlər əyani şəkildə müşahıdı etdilər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında, S.Vurğun adına Rus Dram teatrında, Opera və Balet teatrında, Musiqili teatrda- şagirdlər teatrlar haqqında olan məlumatlar qazandılar.Sədaqət məüllimə və şagirdlərın ən böyük marağına səbəb olan "Milli kitabxana " idi. Sədaqət Məmmədova kitabxananı bir şəhərciyə bənzədir.Dəqiq, nizamlı nəzarəti olan Milli kitabxana 4 mərtəbədən ibarətdir. Kitabxana ilə şagirdləri tanış edən kitabxananın elmi işçisi , şöbə müdiri S.Cəfərova elektron məlumat, sifariş, tablolar , oxu zalı, internet zalı, xarici ədəbiyyat, musiqi şöbəsi, ölkə ədəbiyyatı və s. haqqında geniş məlumat verdı.Qədim Bakıya gəzinti başladı. Qız qalası öz füsünkar gözəlliyi ilə diqqəti cəlb edirdi. Qədim divarlar, əşyalar qorunub saxlanılır.İçəri Şəhərə səyahətlə gəzinti başa çatdı. Qədim əşyalarla, geyimlərlə , bəzək əşyaları ilə, ornamentlərlə şagirdlər tanış oldular. Bakını gəzməklə doymaq olmur. Ekskursiyanı təşkil etdiyinə görə şagirdlər məktəbin valideynləri və ingilis dili müəllimi Sədaqət müəlliməyə öz dərin təşəkkürlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi