“Şiddətə yox deyək”

  Şagirdlərin psixologiyasına , onların həm məktəb həyatında,həm də ailədə sağlam və müstəqil böyümələrinə əngəl olacaq hər bir maneəyə qarşı mübarizə aparmaq, onların müstəqil həyatında özlərinə mövqe qazana bilmək üçün sağlam əxlaq sahibi olmaları biz müəllimlər üçün əsasdır. Bu münasibəti əsas tutan məktəb və müəllimlərimiz tez-tez şagirdlərlə söhbət aparır, onların ailədə çatışmazlıqlarını öyrənir və ona uyğun şagirdlərin psixoloji durumlarını müəyyənləşdirirlər.Bu işdə məktəbin tərbiyə işləri üzrə direktor müavini A.Vəliyevanın çox böyük əməyi var.O, hər bir ailə ilə əlaqə saxlayır, şagirdlərin çatışmamazlıqlarını onlara çatdırır.

  Məktəbin UBR-i T.Məhərrəmova və Azərbaycan dili və ədəbiyyat müəllimi Z.Rəhimbəylinin şagirdlərlə birgə hazırladıqları “Şiddətə yox deyək” tədbiri həm müəllimlər, həm tədbirdə iştirak edən valideynlər tərəfindən yüksək qiymətləndirildi Şagirdlərin hazırlamış olduqları səhnəciklər, onların ailədə hansı zorluqlarla qarşılaşdıqları çatdırıldı. Bununla yanaşı şiddətə məruz qalan uşaqların çəkdiyi əziyyətlər haqqında filmlər nümayiş etdirildi.

  Məktəbin direktoru R.Naibova şagirdlərə ailə-məktəb münasibətləri haqqında məlumat verdi. Şagirdlərin həyata inamla baxmaq, bir şəxsiyyət kimi böyümək imkanlarından danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi