Novruz şənliyi

17 mart 2016- cı il tarixində Bakı şəhəri 35№li tam orta məktəbdə məktəbin illik fəaliyyət planına uyğun olaraq tərbiyə işləri üzrə direktor müavini Aygün Vəliyeva və xarici dil metodbirləşmə sədri Sədaqət Məmmədovanın rəhbərliyi ilə Novruz şənliyi keçirildi.Tədbirdə məktəb şagirdləri bayram əhval- ruhiyyəli bədii kompozisiyalar və “Tık – tık xanım”, “Kosa- keçəl” səhnəcikləri təqdim etdilər. Novruz bayramına aid bayatılar, tapmacalar söylədilər, Azərbaycan milli rəqslərini həvəslə nümayiş etdirdilər. Məktəb şagirdləri tar və skripkada “Reyhan” və “Marş” mahnılarını ifa etdilər. Tədbir yüksək səviyyədə keçdi. Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və Azərbaycan Dillər Universitetinin 403b və 404a qrup tələbələri də iştirak etdilər.