Valideynlərlə bir gun

Hər bir şagirdin həm təhsildə, həm tərbiyədə uğur qazanmasının ən birinci şərti məktəblə valideyn arasındakı əlaqənin möhkəm olması, hər hansı çatışmazlığı birgə aradan qaldırma imkanının yaradılmasıdır.

  Məktəbimizdə valideynlərlə bir gün adlı  tədbir keçirildi. Valideynlər səhər saat    doqquzdan birə qədər məktəbin bütün imkanları ilə tanış oldular, dərslərdə iştirak etdilər. Müəllimlərlə şagirdlər arasındakı münasibəti, dərslərin necə keçirilməsini yaxından izlədilər.

  Məktəbin direktoru R.Ə.Naibova məktəbin nailiyyətləri, qazanılan uğurlar haqqında məlumat verdi və valideynlər məktəb haqqında hazırlanmış slaydları maraqla izlədilər. Tədbirin sonunda şagirdlərin hazırlanmış olduqları tamaşalara maraqla tamaşa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi