“Respublika günü”

    Hər bir dövlətin müstəqilliyi onun bayrağının digər dövlət bayraqları arasında dalğalanması, tanınması onun ən böyük vüqarıdır. Bu vüqara nail olan Respublikamız 28 May gününü  hər il “Dövlət Müstəqilliyi günü” kimi qeyd edir.

    Məktəbimizdə də bu il olduğu kimi müxtəlif tədbirlər, inşa müsabiqələri qeyd edilir.

    20 may 2019-cu il tarixində Slavyan Universitetinin rus dili üzrə “Pedaqogika” fakultəsinin tələbələrinin təşəbbüsü ilə məktəbimizdə VI və VII sinif şagirdlərinin iştirakı ilə “Respublika günü” adlı ədəbi-bədii gecə keçirilmişdi.

     Tədbir rus dili müəllimi Qədirova Şəfəq tərəfindən açıq elan edilmiş və Azərbaycan Dövlət himni səsləndirilmişdir.

     Tədbirdə ümummillider Heydər Əliyevin “Müstəqillik günü”nə aid çıxışı göstərilmişdir.

     Şagirdlərimiz həmin günə həsr olunmuş  şeirlər  söyləmiş və səhnəciklər göstərmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi