Ölkəmizi tanıyaq

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov“ Ölkəmizi tanıyaq” tur -aksiyası çərçivəsində bölgələrə səyahət mövzusunda rayon təhsil işçiləri, valideyn və məktəb şagirdləri ilə görüş keçirdi. Görüşdə A.Əsgərov Azərbaycanın dilbər guşələrindən olan Naxçıvan haqqında ətraflı məlumat verdi və Nəsimi rayon şagirdlərinə Naxçıvana səyahət haqqında danışdı. Belə bir layihənin işlənib həyata keçirilməsinə rayon təhsil işçiləri və valideynlər öz razılıq və minnətdarlıqlarını bildirdilər. Həmin tədbirdə Nəsimi rayon 35№li tam orta məktbin kollektivi də iştirak edirdi. Məktəbin şagirdlərindən Xa sinif şagirdi Heydərova Mətanət həmin səyahətdə iştirak edəcək."Ölkəmizi tanıyaq"Naxçıvanın tarixi ilə tanişlıq.Şagirdlər Naxçıvan Muxtar Respublikasının mədəniyyət oçaqları,tarixi abidələri və muzeyləri barədə ətraflı məlumat alıblar Naxçıvanın zəngin, qədim tarixi ilə baglı 48 mindən çox ekspanatin qorunub saxlandıgı Naxçivan Dövlət Tarix Muzeyi ilə tanis olublar "Ölkəmizi tanıyaq"tur-aksiyası iştirakçıların marağına səbəb olub.