Hərbi vətənpərvərlik dərsləri

Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, onların vətən sevgisinin möhkəmləndirilməsi üçün məktəbimizdə müxtəlif vasitələrdən istifadə edilir, hərbi vətənpərvərlik dərsləri keçirilir, şagirdlərə bu haqda filimlər nümayiş etdirilir. Belə dərslərdən biri də GÇH müəlliminin XI sinifdə təşkil etdiyi dərs oldu. Həmin dərsdə ordumuzun yarandığı gündən bu vaxta qədər keçdiyi yollardan danışıldı, müəllim və şagirdlər arasında hərbin sirlərinə aid gözəl ünsiyyət quruldu.