Novruz mühazirələri

Nəsimi rayon İcra Hakimiyyəti 11.03.2016 cı il tarixində “Novruz mühazirələri” təşkil etmişdir. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasında keçirildi. Keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının riyaziyyat və Mexanika institutunun direktoru professor Misir Mərdanov Bakı şəhəri Nəsimi rayonunun müəllim və şagirdlərinə akademiyanın yaranması və riyaziyyat elminin alimləri haqqında məlumat verdi.Keçirilən tədbirdə kitab sərgisi, video çarxlar , Şamaxı Astro-Fizika Rəsədxanası haqqında məlumat və musiqi nömrələri göstərildi.Tədbirdə Bakı şəhərinin 35 №li tam orta məktəbinin də müəllim və şagird kollektivi iştirak etdi. Tədbir şagirdlərə bir daha bəyan etdi ki, qüvvət elmdədir.