“Şahin” hərbi –idman yarışı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi , Azərbaycan Respublikası Müdafiə Nazirliyi , Azərbaycan Respublikası təhsil Nazirliyi, Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi “Şahin “ hərbi –idman oyununun keçirilməsi ilə əlaqədar 26 noyabr 2015 – ci il S-825 nömrəli qərarı ilə əsasnamə təsdiq edilmişdir. Odur ki, 11.03.2016 – cı il tarixində 35№li tam orta məktəbdə “Şahin” hərbi – idman oyununun məktəbdaxili yarışı keçirildi.Bu yarışın keçirilməsində məqsəd böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərinin hərbi – idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir. Məktəb yarışında məktəbin VIII və X sinif şagirdləri iştirak edirdilər.Hər komandanın tərkibi 14 nəfərdən ibarət idi (10 oğlan,4 qız). Hər bir komanda yarışda müəyyənləşdirilmiş vahid formada iştirak etdilər. Komanda üzvləri boy sırası ilə düzülmüşdülər. Şagirdlər əsasnaməyə uyğun sıra hazırlığı, Fiziki hazırlıq, maneələrin dəf olunması Mülki müdafiə hazırlığı kimi nömrələri göstərdilər. Keçirilən tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ş.Tağıyev , apartın məsləhətçisi Ə.Nəsirov, məktəbin direktoru R.Naibova , direktor müavini A.Sofuyev və başqa qonaqlar iştirak etmişlər.