Şagirdlərimiz Heydər Əliyev mərkəzidə

Bakı şəhəri 35 №li tam orta məktəbin 8 - 9 –cu sinif şagirdləri və müəllimləri Heydər Əliyev mərkəzində olmuşlar. Şagirdlərə mərkəzin bələdçiləri tərəfindən ətraflı məlumat verildi. Şagirdlər mərkəzin hansı istiqamətlərdə fəaliyyət göstərdiklərini öyrəndilər. Mərkəz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamı əsasında yaradılıb. Mərkəz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.Heydər Əliyev mərkəzi digər ölkələrin araşdırma mərkəzləri ilə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, ekologiya kimi müxtəlif sahələrdə də birgə layihələr həyata keçirir.