Rəsul Rzanın "Heyvanlar" şeiri mövzusunda açıq dərs

 Bu gün 07.03.2016-cı il tarixində Bakı şəhəri Nəsimi rayonu 35 nömrəli məktəbin 4 c sinfində ibtidai sinif müəllimi Bayramova Yasəmən Aslan qızının "Azərbaycan dili" fənnindən 1 saatlıq açıq dərsi keçirildi.Dərsi dinləmək üçün məktəbin direktoru Rəna Naibova,direktor müavini Azad Sofuyev, dil-ədəbiyyat müəllimləri, ibtidai sinif müəllimləri iştirak edirdilər.Mövzu Rəsul Rzanın "Heyvanlar" şeiri idi.Müəllim motivasiyanı mürəkkəb sözlərin təhlili ilə qoydu.Şagirdlər hər bir mürəkkəb sözün hansı heyvana aid olduğunu açar sözlər vasitəsilə söylədilər.Həmin heyvanlar haqqında bildiklərini və bilmək istədiklərini BİBÖ cədvəlində yazmalarını müəllim tapşırdı.Sonra şagirdlər 3 qrupa bölündülər:"Hiyləgər tülkülər","Dəcəl fillər" və "Sevimli ayılar" qruplarına.Cədvəlin "öyrəndik" hissəsi dərs boyunca doldurulur.Şeir ifadəli, intonasiya ilə oxunur.Çətin sözlər izah olunur.Şeir, təmsil haqqında bildiklərini söyləyirlər.Lövhədə heyvan şəkilləri göstərilir.Şagirdlər hər bir heyvanın təmsildə hansı xarakterdə olduğunu bildirən sözləri tapıb şəklin altına yerləşdirirlər.Sonra hər qrupa şeirdən misralar verilir.Həmin misraları nəsrə çevirib, yazmaq və sintaktik təhlil etmək tapşırılır.Mətndən mürəkkəb cümlələr tapılır, necə yazılmaları izah edilir. Dərslikdən tapşırıq 1, 2, iş dəftərindən isə tapşırıq 2 işlənilir.Rebus doldurulur.Atalar sözü tapılır.Müəllim atalar sözünün mənasını izah edir.Şagirdlər mətnə aid bir neçə atalar sözü söyləyir.Dərsin sonunda " Axmaq canavar " nağılı səhnələşdirilir.Müəyyən meyarlar əsasında şagirdlər qiymətləndirilir.Ümumiyyətlə dərs müasir, yeni təlim metodları əsasında qurulmuşdur.Şagirdlər dərs boyunca çox fəal idilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi