Qala Arxeoloji Muzeyində bir gün
Yaz tətili müddətini daha səmərəli keçirmək üçün 3b və 2a sinif şagirdləri sinif müəllimləri ilə birlikdə Qala Arxeoloji Muzey Kompleksində oldular. Uşaqlar burada milli tariximiz və əcdadlarımızın gündəlik həyat tərzi ilə tanış oldular, həmçinin dəvə, keçi, at, dovşan və digər heyvanları canlı olaraq gördülər. Burada dulusçuluq emalatxanası, qədimi kənd təsərüffatı əşyaları, tullantılardan hazırlanan eksponatlar şagirdlərin daha çox marağına səbəb oldu.