“Lütfizadə adına IV Məntiq Olimpiadası”

Mayın 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəbdə “Lütfi Zadə adına Bakı şəhəri Məktəblilərarası IV Məntiq Olimpiadası”-nın ilk turu keçirildi. Olimpiadanın keçirilməsində məqsəd şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkar etməkdir. Olimpiadada V-VI sinif şagirdləri iştirak etdilər.