"Mən oxudum sən də oxu"

Nəsimi rayonunda yerləşən Zabitlər bağında "Mən oxudum, sən də oxu" devizi altında Ədliyyə Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə "Kitab günü" keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və məsul əməkdaşları, Yazıçılar Birliyinin, vətəndaş cəmiyyətinin təmsilçiləri, məktəbimizin müəllim və şagirdləri iştirak etdilər.