Bacarıqlı əllər

Məktəbimizin ən yaxşı ənənələrindən biri də şagirdlərin boş vaxtlarını maraqlı keçirmək üçün müəllimlər tərəfindən təşkil olunan məşğələlərdir. Bu zaman şagirdlərin maraqları , həm də bacarıqları nəzərə alınır. İbtidai siniflərdə belə məşğələlər tez-tez təşkil olunur.Aplikasiya ilə iş, quraşdırma, şəkil çəkmək, intellektual oyunlar şagirdlərin sevə-sevə, maraq göstərdikləri məşğələlərdəndir.