“ Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”

Bakı şəhəri 35№li tam orta məktəb 04 mart 2016 –cı il tarixində “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçirildi. Müsabiqədə məktəbin direktoru R.Ə.Naibova, təlim- tərbiyə işləri üzrə direktor müavini A.K.Sofuyev, məktəbin kimya müəllimləri və fəal kimyaçı şagirdlər iştirak etdilər. Müsabiqədə 3 qrup iştirak edirdi. Müsabiqənin sonunda fərqləndiyinə görə “ Oksigen” komandası qalib oldu.