Gəlin birgə oxuyaq.

Bilirik ki, insan oxuya- oxuya öyrənir, həyatın enişli-yoxuşlu yollarında oxuduqlarının, öyrəndiklərinin işığında irəliləyir. Oxumaq işığı elə bir işıqdır ki, heç vaxt şöləsi azalmır, zəifləmir.
Məktəbimizin kitabxanasında həmişə şagirdlərə diqqət ayrılır. Şagirdlərlə kitabxanada oxu gününə həsr olunmuş tədbir keçirildi. Şagirdlərimiz oxuduqları bədii ədəbiyyat haqqında danışdılar. Kitabxananın qarşısında yaradılan səyyar kitabxanadakı kitablarla tanış oldular, oxumaq istədikləri kitabı götürüb oxudular və fikirləri bölüşdülər.