Məktəbimiz “Oxu günü”ndə

Aprel ayının sonunda Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkil etdiyi “Oxu günü” tədbiri olmuşdu. Tədbirdə müxtəlif elm adamları, alim, şair və yazıçılarımız iştirak etdilər. Həmin tədbirdə söylənilən elmi fikirlər, müdrik sözlər bütün insanların, xüsusən də, şagirdlərimizin ürəyincə oldu. Məktəbimizin müəllim və şagirdləri də “Oxu günü”nə həsr olunan möhtəşəm tədbirdə iştirak etdi, Azərbaycanın bütün bədii tarixini əks etdirən kitab sərgisinə, təşkil olunmuş müxtəlif rəsm əsərlərinə tamaşa etdilər.