26 fevral 2016-cı il tarixində Bakı şəhəri 35№-li tam orta məktəbdə birinci saat Xocalı soyqırımının 24-cü ildönümünə həsr olundu. “Xocalı əsrin faciəsi” mövzusunda dərslər keçirildi. Həmin gün Xocalı faciəsinin yad edilməsi ilə bağlı məktəbin müəllim kollektivi və məktəbin ikinci sinif şagirdləri “Ana fəryadı” heykəlini ziyarət etdilər. Kollektiv və şagirdlər Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən keçərək güllər düzdülər və şəhidlərin xatirələrini ehtiramla yad etdilər.